RU

Azərbaycan birinciliklərinə start verilib

Voleybol üzrə yeniyetmələrin Azərbaycan birinciliklərinə start verilib.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Voleybolçu qız və oğlanlardan ibarət U-14, U-16 və U-18 komandaları arasında keçirilən birinciliklərdə müxtəlif şəhər və rayonlardan olan komandalar mübarizə aparır. Oyunlar Bakı ilə yanaşı, Gəncə, Şirvan, Tovuz, Goranboy və digər bölgələrdə təşkil olunur.

Reqlamentə əsasən, hər üç yaş qrupunda matçlar qrup və pley-off mərhələsindən ibarətdir. Yarışların keçirilməsində əsas məqsəd ölkəmizdə voleybolun inkişafı, populyarlığın artırılması, potensiallı yeniyetmə idmançıların seçilərək milli komandalara cəlb olunmasıdır.

Qeyd edək ki, yarışlar iyuna kimi davam edəcək.

İdman.biz

Избранный
29
1
idman.biz

2Источники