Macarıstan Beynəlxalq Münasibətlər İnstitutu (HIIA) gənc tədqiqatçılar və yeni məzunlar üçün beynəlxalq münasibətlər sahəsi üzrə "Gələcək liderlər proqramı" çərçivəsində tədqiqat təqaüd proqramı elan edir. Təqaüd proqramı 31 mart 2025-ci ildən 30 iyun 2025-ci il tarixinədək davam edəcək.
Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, proqrama müraciət üçün son tarix 10 Fevral 2025-ci ildir.
Qeyd edək ki, təqaüd proqramı barədə ətraflı məlumat üçün aşağıdakı keçidə daxil ola bilərsiniz.
Elan: //htp.edu.az/.../89d531e7a05b425eab517c818d9f2dd8.pdf