"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyununu bu gün keçirəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv "Səbail"in qonağı olacaq.
Qarşılaşma saat 18:30-da start götürəcək.
Günün ilk görüşündə "Araz-Naxçıvan" və "Zirə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Matç saat 16:00-da başlayacaq.
Bu cütlərdə cavab oyunları müvafiq olaraq fevralın 27-si və 28-də təşkil olunacaq.
Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar