RU

Hasan Sözbilir: “Bunlar bölgəni yaradan geoloji mühitə görə inkişaf edən zəlzələlərdir"

Yazını böyüt
Yazını kiçilt

Ətraf rayonlarda hiss edilən, vətəndaşların adalarıı tərk etməsinə səbəb olan və hələ də davam edən zəlzələlərlə bağlı ictimaiyyət diqqətini mütəxəssislərə yönəldib.

Hafta.az-ın yazdığına görə, İzmir Dokuz Eylül Universitetinin professoru Həsən Sözbilir zəlzələlərlə bağlı QHA-nın suallarını cavablandırıb.

Bir həftədir fasiləsiz olaraq baş verən və maqnitudası 1-5 arasında dəyişən zəlzələlərə diqqət çəkən professor Sözbilir, "Zəlzələlərin başvermə tərzi, tezliyi, fokus dərinliyi, qırılma növü və bölgənin geoloji mühiti bizə bunu göstərir: Bu təkanlar yalnız yer qabığındakı gərginlik səbəbindən qırılma boyunca inkişaf edən tektonik zəlzələlər ola bilməz. Bunlar buranı yaradan geoloji mühitə görə inkişaf edən zəlzələlərdir" deyib. Bölgənin qövsvari geoloji quruluşunun “Cənubi Ege vulkanik adası” adlandırıldığını bildirən Sözbilir, hazırda aktiv olan vulkanik adanın əhəmiyyətli bir hissəsinin son 10 min ildə bir neçə dəfə püskürdüyünü, bunun sonradan sunamilərə, zəlzələlərə, can və mal itkilərinə səbəb olduğunu bildirib.

O, Krit adasının cənubunda Afrikanın geoloji sərhədini və Egey-Anadolu plitəsini meydana gətirən nəhəng qırılma olduğunu, Rodos adasının cənubunda isə Krit adasının cənubundan sonra şimal-şərqə doğru əyilən Pliniy-Strabon transformasiya çatının olduğunu və bu fay xəttində keçmişdə 8,5 bal gücündə zəlzələnin baş verdiyini bildirib.

Daha əvvəl ətraf bölgələrdə vulkanik fəaliyyətlər, zəlzələlər və sunamilər olduğunu bildirən Sözbilir deyib: "Eramızdan əvvəl 1600-cü illərdə Santorini, Milos və Nysiros adalarında vulkan püskürmələrinin, xüsusən də Türkiyənin cənub-qərb sahillərindəki Kuşadası, Bodrum və Datçada baş verən sunamilərin qeydləri var. Eramızdan əvvəl 1600-cü illərdə Santorini adasında baş verən vulkanik fəaliyyətin küllərinin Datça, Bodrum və Sökançaya kimi sahil bölgələrimizdəki gənc vahidlərdə təsbit edildiyi bildirilir”.

1956-cı ildə Santorini adasının şimalında 7,5 bal gücündə zəlzələ olduğunu, 13 dəqiqə sonra isə 7.0 bal gücündə növbəti zəlzələ olduğunu xatırladan Sözbilir, təkanlardan sonra Egey sahillərində 1-2 metrə çatan sunaminin meydana gəldiyini xatırladıb.

Избранный
48
hafta.az

1Источники