RU

Azərbaycanın "qara siyahısı"nda idi, VƏZİFƏYƏ GƏTİRİLDİ - Görün kimdir... 

 Qabbarda Bakıdan “özünü əvvəlki kimi aparma” mesajı

ABŞ Senatının Kəşfiyyat komitəsi Tulsi Qabbardı Milli Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə təsdiqləyib.

Qabbardın namizədliyini 9 senator dəstəkləyib, 8 nəfər əleyhinə olub. O, 2017-ci ildə Konqres üzvü olduğu zaman Ermənistana, oradan isə qanunsuz olaraq işğal altındakı Qarabağa səfər edib.

Buna görə də T.Qabbard Azərbaycan dövləti tərəfindən “arzuolunmaz şəxslər” siyahısına salınıb. 2019-cu ildə prezidentliyə namizəd olan Qabbard qondarma erməni soyqırımı qətnaməsinin həmmüəlliflərindən biridir. 2020-ci ildə isə o, Türkiyəni “Qarabağda müharibəni alovlandırmaqda” ittiham edib. Elə həmin il sabiq dövlət katibi Mayk Pompeoya məktəb yazaraq Azərbaycan əleyhinə fikirlər səsləndirib. O, ABŞ ordusunun veteranıdır, 20 il xidmət keçib. Ancaq digər namizədlərdən fərqli olaraq, kəşfiyyat sahəsində təcrübəsi yoxdur. Qabbard Demokratlar Partiyasının üzvü olub, ancaq 2022-ci ildə istefa verib. 2024-cü ildə prezident seçkisində Donald Trampı dəstəkləyib.

“Qara siyahı”mızda adı olan fiqurun Tramp administrasiyasında önəmli posta gətirilməsi Azərbaycana qarşı fəaliiyyətin gücləndiriləcəyini söyləməyə əsas verirmi? Qabbardın Azərbaycana səfər etməsi zərurəti nə zamansa yaranarsa, Azərbaycan necə davranmalı olacaq?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov  bildirdi ki, Milli Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə təyin olunan Qabbardın keçmişi ilə bağlı narahatlıqlarımız təbiidir. Ancaq biz dəfələrlə şahid olmuşuq ki, müəyyən siyasət adamları mühüm dövlət vəzifəsinə gələnə qədər bir mövqe tutublar, vəzifəyə təyin olunandan sonra tamamilə başqa davranışlar sərgiləyiblər. Yaxşı xatırlayırıq ki, Co Bayden prezident seçilənə qədər bütün həyatını erməniliyə xidmətə həsr eləmişdi və erməni lobbisinin ən aktiv üzvlərindən biri idi. Amma onun prezidentliyi dövründə Ermənistan tarixinin ən böyük məğlubiyyətini, faciələrini yaşadı və özünün tutduğu barışmaz mövqedən imtina etmək məcburiyyətində qaldı. Qəbul olunan ağıllı qərarların verilməsində ABŞ-ın təzyiqləri də öz rolunu oynadı: “Məşhur bir deyim var, tac qoyulan baş ağıllanar. Yəni insanın üzərinə hakimiyyət məsuliyyəti qoyulanda o, ağıllı olmaq məcburiyyətindədir, daha məsuliyyətli hərəkət etməyə məcburdur. Bu səbəbdən hesab edirəm ki, ABŞ-ın Milli Kəşfiyyat Xidmətinin yeni direktoru da, keçmişdə özünü erməni lobbisinə xidmətə həsr eləyən digərləri də vəzifəyə təyin olunduqdan sonra keçmişin üzərindən xətt çəkəcəklər və Amerika dövlətinin matraqlarına uyğun davranış sərgiləyəcəklər. Amerikanın maraqlarına uyğun davranış ilk növbədə Azərbaycanla və Türkiyə ilə normal münasibətlərin qurulmasıdır. Bu gün ABŞ qarşısında çox ağır məsələlər dayanır. İsrail-Fələstin probleminin həll olunması istiqamətində müəyyən addımlar atılsa da görüləcək işlər hələ qarşıdadır. Ukrayna-Rusiya müharibəsini 6 aya, yaxud 100 günə bitirməyə söz verən Donald Tramp bunun nə qədər ağır vəzifə olduğunu da anlamamış deyil. Üstəlik, onlar özlərinə əlavə problemlər də yaradıblar. Qrenlandiya, Kanada, Meksika və Panama ilə bağlı verilən bəyanatlar, atılan addımlar Amerikanın üzləşdiyi problemləri bir az da artırıb. Çinlə bağlı problemlər də böyüməkdədir. Bu vəziyyətdə ABŞ-ın Azərbaycana, Türkiyəyə, bölgəmizə münasibətdə daha konstruktiv mövqe tutması qaçılmazdır. Əks halda, Cənubi Qafqazda söz sahibi olmaq imkanları azalacaq. Bundan əvvəlki administrasiyanın son dövrlərdəki fəaliyyəti onu tamamilə proseslərdən kənarda qoydu və mən hesab edirəm ki, bu məsələni yeni administrasiya nəzərdən qaçırmamalıdır”.

Siyasi şərhçi hesab edir ki, Vaşinqton Cənubi Qafqazda möhkəmlənmək istəyirsə, ilk növbədə Azərbaycanla və Türkiyə ilə normal münasibətlər saxlamağa çalışmalıdır, Qabbard kimi vəzifəli şəxslər artıq özlərini əvvəlki kimi erməni maraqlarının xidmətçisi qismində aparmamalıdır: “Mən müəyyən dövlət vəzifələrinə gətirilən keçmiş ermənipərəst konqresmenlərin və senatorların eyni xətti davam etdirəcəklərinə, Azərbaycana qarşı fəaliyyət göstərəcəklərinə inanmıram. Onlar daha müdrik, daha ağıllı olmaq məcburiyyətindədirlər. Bu adamlar nə vaxtsa Azərbaycana səfər etmək istəsələr, təbiidir ki, normal məmurlar kimi, ABŞ-ın yüksək vəzifəli şəxsləri kimi qarşılanmalıdırlar. Nə qədər ki, onlar köhnə davranışlarını, bizim qəbul etməyəcəyimiz hərəkətləri təkrar eləməyəcəklər, Azərbaycanın onlara münasibəti də normal olacaq. Hesab edirəm ki, bu, ən düzgün yoldur”.//“Yeni Müsavat”


Избранный
14
3
referans.az

4Источники