RU

Gündəlik 1 qram qəbul edənlərdə qocalma 4 ay ləngiyir - Araşdırma

Gündəlik 1 qram qəbul edənlərdə

Harvard və Sürix Universitetlərinin alimləri tərəfindən aparılan genişmiqyaslı araşdırma, Omega-3 yağ turşularının müntəzəm qəbulunun bioloji qocalmanı əhəmiyyətli dərəcədə ləngidə biləcəyini ortaya qoyub.

Emlakbazari.az

E-saglam.az bildirir ki, 77 yaşlı isveçrəli üzərində aparılan klinik tədqiqatlar göstərib ki, gündəlik 1 qram Omega-3 qəbul edən şəxslərdə bioloji qocalma prosesi 4 ay gecikir. Bu o deməkdir ki, hüceyrələr və orqanlar daha yavaş yaşlanır, bədən uzun müddət gümrah qalır.

Bundan əlavə, D vitamini əlavəsi qəbul edən və həftədə ən az 3 dəfə 30 dəqiqə idmanla məşğul olan şəxslərin bu təsirdən daha çox faydalandığı müəyyən edilib. Alimlər Omega-3 ehtiva edən pəhrizlərin iltihabı azaltdığını, oynaqların sağlamlığını qoruduğunu və ürək xəstəlikləri, xərçəng və demans riskini azaltdığını bildiriblər.

İngiltərədəki London Kral Kollecində tibb üzrə tədqiqatçı Mary Ni Lochlainn, “Bu, yaşlanmanın qarşısını almağa kömək edə biləcək sadə və nisbətən ucuz bir üsuldur”, - deyə qeyd edib.

Tədqiqatın nəticələri "Nature Aging" jurnalında dərc olunub və alimlər Omega-3 qəbulunun yaşlı insanlar üçün gündəlik vərdişə çevrilməsinin vacibliyini vurğulayıblar.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
3
e-saglam.az

1Источники