RU

Putin onları da müharibəyə sürükləyir: bu dövlətlər təhlükə altındadır

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə davam edən müharibə ilə bağlı mühüm açıqlamalar verib. Rusiya prezidenti Vladimir Putinin Belarusa qoşun yerləşdirməklə onu müharibəyə cəlb etməyə çalışacağını iddia edən Zelenski, ABŞ-ın yardımlarının azalmadığını bildirib.

Publika.az xəbər verir ki, Zelenski Vladimir Putinin müharibəni bitirmək istəmədiyini deyib. O, qarşıdakı dövrdə Rusiya qüvvələrinin Belarusa yerləşdiriləcəyini iddia edib:

“Belarusun müharibəyə daha çox qarışması ilə Baltikyanı ölkələr təhlükə altında olacaq. Bu da Baltikyanı dövlətlərdə yeni böhrana səbəb olacaq. Digər tərəfdən, xarici media ABŞ prezidenti Donald Trampın gəlişi ilə Ukraynaya dəstəyin azalacağını iddia edib. ABŞ-ın yardımlarında azalma olmayıb. Buna görə də ABŞ-a təşəkkür edirəm”.

Избранный
8
1
publika.az

2Источники