RU

BMT-nin baş katibi fələstinlilərə qarşı zorakılığa son qoymağa çağırıb

BMT-nin baş katibi Antonio Quterreş İordan çayının qərb sahilində artan zorakılıqdan dərin narahatlığını bildirib...

Poliqon bu barədə xarici mətbuata istinadən xəbər verir.

“İsrailli mühacirlər tərəfindən zorakılığın artması və fələstinlilərin digər hüquqlarının pozulmasından son dərəcə narahatam”, diplomat vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq hüquqa hörmət edilməli və Fələstin ərazilərinin işğalına son qoyulmalıdır.

Quterreş xatırladıb ki, bu fakt artıq Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən təsdiqlənib. BMT beynəlxalq ictimaiyyəti birliyin, ərazi bütövlüyünün bərpasında və idarəetmə sisteminin inkişafında Fələstin Muxtariyyətini dəstəkləməyə çağırır. Qəzza zolağının yenidən qurulmasına xüsusi diqqət yetirilir.

Poliqon.info

Избранный
8
poliqon.info

1Источники