RU

Mərkəzi Banka daha üç yeni baş direktor təyin edildi

Azərbaycan Mərkəzi Bankına (AMB) daha 3 baş direktor vəzifəsinə təyinat olub.

HİT.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, yeni baş direktorlar Anar Mansurov, Elrad Seydiyev və Tərlan Rəsulovdur. Bununla da, AMB-nin baş direkltorlarının sayı 9-a çatıb.

A.Mansurov indiyə qədər qurumun Maliyyə idarəetməsi departamentinin, E.Seydiyev Maliyyə bazarlarında əməliyyatlar departamentinin, T.Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin direktoru olub.

Избранный
36
13
hit.az

10Источники