RU

Türkiyəli və rusiyalı qadın voleybolçular arasında dava

Rusiya “Lokomotiv”inin qadın voleybolçuları Ebrar Karakurt ilə Yuliya Brovkina komandanın paltardəyişmə otağında dalaşıblar.

Teleqraf.com "Volley News"a istinadən xəbər verir ki, iki oyunçu arasında mübahisə məşq zamanı başlayıb. Daha sonra onlar münasibətlərini Kalininqrad təmsilçisinin paltardəyişmə otağında daha aqressiv formada davam etdiriblər.

Hadisənin ardından Karakurt arenanın parklama sahəsində Brovkinanın avtomobilinə zərər yetirib. Bu epizod video-müşahidə kamerasına da düşüb.

Türkiyəli voleybolçu klub rəhbərliyinə ultimatum da verib. Bundan sonra rusiyalı oyunçu ikinci komandaya göndərilib.

Qeyd edək ki, "Lokomotiv" hazırda 51 xalla Rusiya çempionatında ikinci yeri tutur. Ebrar Karakurt Türkiyə milli komandasının üzvüdür.


Müəllif: Royal Həsənov
Избранный
9
teleqraf.com

1Источники