Demokrat.az xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyi ilə Britaniya Şurasının (British Council) birgə layihəsi çərçivəsində 3-7 fevral tarixlərində gerçəkləşən təlim Britaniyadan dəvət olunmuş rəngkarlıq əsərlərinin konservasiyası üzrə tanınmış ekspert Rupert Fezerstoun tərəfindən aparılır.
Rəngkarlıq üzrə müstəqil bərpaçı və məsləhətçi kimi fəaliyyət göstərən R.Fezerstoun 2001–2008-ci illərdə Vindzor Sarayında Britaniya Kral Kolleksiyası üzrə rəngkarlıq əsərlərinin konservasiyasına rəhbərlik edib. 2008–2021-ci illərdə Kembric Universitetinin nəzdindəki Fitzvilyam Muzeyində konservasiya işləri üzrə rəhbər olub, həmçinin Hamilton Kerr İnstitutunun direktoru vəzifəsində çalışıb.
Fevralın 3-də Rupert Fezerstoun Azərbaycan Milli İncəsənət Muzeyində sənət əsərlərinin konservasiyası sahəsində öz fəaliyyətinin əks olunduğu təqdimatla çıxış edib. O, həmçinin layihənin əsas məqsədi haqqında iştirakçılara məlumat verib. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Britaniya Şurasının Azərbaycan üzrə nümayəndəliyinin direktoru Nərgiz Hacıyeva tədbirdə çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
Daha sonra, layihənin proqramına uyğun olaraq 3-4 fevral tarixlərində Britaniya kolleksiyasının elmi tədqiqatı, qorunub saxlanılması və mövcud vəziyyətinin müəyyənləşdirilməsi üzrə araşdırma aparılıb.
Layihə çərçivəsində 5-6 fevral tarixlərində Milli İncəsənət Muzeyinin Elmi-bərpa, Elmi-tədqiqat və Fond şöbələrinin əməkdaşları üçün qabaqcıl konservasiya üsulları, uzunmüddətli qorunma və davamlılığın təmin olunmasına həsr edilən təlim sessiyası keçiriləcək.
Layihənin sonuncu günündə – fevralın 7-də isə Britaniya kolleksiyasının sərgiyə hazırlanması üçün planın işlənib hazırlanması üzrə təklif və tövsiyələr veriləcək, eləcə də layihənin yekun nəticələri müzakirə olunacaq.
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/789c48be-e5ba-4fa7-a6f7-8d3b410299bd/379267c3-cadf-4e5f-b5b9-1cf1940b20e2.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/d568040c-aacc-46ca-862e-4db26a97c480/2e95bce8-27ac-41d8-8bcc-4a6803ca2fef.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/cf0f4c8b-e416-4695-a2f3-6318a3d86ac8/472d7afe-9be0-4a5c-aebf-e75bfa1b0340.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/b1cace97-bdff-41c4-9c33-40a2b3c145c2/dff4a688-85df-44b9-8420-d97b5b26d947.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/ef440f4e-55db-480f-9052-0fefb38cc43e/b7a34d35-118a-4366-89cd-126ec16ff388.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/be830b76-1084-4a99-8b58-3aeb99d9dda5/261abf75-c9eb-4a27-937b-43b2f97a40f6.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/4d992526-1521-488d-bc50-83634662d8dd/fa358e93-a9a7-45e8-a411-8b0f40509017.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/2ae2d101-01eb-4c79-a8d7-5e167dc08f8a/fcfbfc55-707d-4a6f-a5d2-4dea4f286e67.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/5db12789-3457-4317-8ec9-42af320be6cb/77ecbb68-2129-473d-a21d-e60e0fd70327.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/4880006a-737f-4487-8870-718f11c28156/6f6985e4-54c3-4144-b341-4edb03fa21a2.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/60271da2-be8c-4cc7-9dc8-7afab040ce1b/54d4bd20-7688-47d3-8d5f-e72f883efca3.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/d1e4444d-dde1-4bc2-9bb3-210785269778/60554197-98ae-43d9-b483-7a82636782a9.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/b32de3fb-271b-473f-92c9-4ea66a54710e/7c376ab6-101b-405c-b57d-8342ccf08cae.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/55959e36-df66-4f7f-b163-329400d81cb1/c4031912-ab08-4c01-b87b-3cd81d7dc16e.jpg)
9Источники
-
azertag.azTanınmış britaniyalı bərpaçı-ekspert Azərbaycan Milli İncəsənət Muzeyində ( 15289825)
-
sia.azRupert Fezerstoun Azərbaycan Milli İncəsənət Muzeyində - FOTOLAR ( 15289093)
-
manset.azBeynəlxalq ekspertlər Mədəniyyət Nazirliyinin təşkil etdiyi təlimlərdə - FOTOLAR ( 15286717)
-
publika.azTanınmış britaniyalı bərpaçı-ekspert Azərbaycan Milli İncəsənət Muzeyində ( 15286175)
-
teleqraf.comTanınmış britaniyalı bərpaçı-ekspert Rupert Fezerstoun Azərbaycan Milli İncəsənət Muzeyində - FOTO ( 15285763)
-
1news.azTanınmış britaniyalı bərpaçı - ekspert Rupert Fezerstoun Azərbaycan Milli İncəsənət Muzeyində - FOTO ( 15285721)
-
demokrat.azBritaniyalı ekspert Bakıda təlim keçir — FOTOLAR ( 15285687)
-
unikal.azMədəniyyət Nazirliyinin yeni layihəsində məşhur ekspert iştirak edir - FOTOLAR ( 15285719)
-
qafqazinfo.azBeynəlxalq ekspertlər Mədəniyyət Nazirliyinin təşkil etdiyi təlimlərdə - Fotolar ( 15284069)