İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.
Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb.
Ölənlər helikopterdəki iki pilot və sənaye şirniyyat məhsulları sektorunun öndə gedən adlarından olan iş adamı Lorenzo Rovaqnatidir.
Bildirilib ki, Rovaqnati adətən çərşənbə günləri Milandan Kastel – Qvelfodakı malikanəsinə helikopterlə gedirmiş.
İlkin məlumata görə, qəzaya sıx dumana görə görmə qabiliyyətinin azalması və ya quyruq pərvanəsindəki mexaniki nasazlıq səbəb olub.
Faktla bağlı araşdırma aparılır.