RU

Milli Depozit Mərkəzi sığortaçı seçib

Milli Depozit Mərkəzi (MDM) əməkdaşlarının və onların ailə üzvlərinin könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Meqa Sığorta" ASC-dir.

Qalib şirkətə 49 860 manat ödəniləcək.

Satınalma çərçivəsində 3 əməkdaş və onların 3 ailə üzvü üçün VIP tibbi sığorta paketinin (minimum 10 000 manat), 79 əməkdaş və onların 53 ailə üzvü üçün standart tibbi sığorta paketinin (minimum 5 000 manat) əldə olunması nəzərdə tutulur.

Ötən il də bu tenderin qalibi “Meqa Sığorta” olub. Şirkətə 24 240 manat ödənilib.

Избранный
9
2
sia.az

3Источники