RU

Aygün Kazımovadan süni intellektlə hazırlanmış KLİP

Xalq artisti Aygün Kazımova 2025-ci ilə olan ikinci layihəsini təqdim edib. 

OLAY yazır ki, sənətçi bu dəfə “Əlcək” adlı yeni mahnı oxuyub və ona maraqlı video çarx hazırlatdırıb.

Uzun müddətdir son zamanların dəbi ilə ayaqlaşan Kazımova süni intellektlə fotolarını izləyiciləri ilə bölüşürdü. 

Bu dəfə isə Aygün bunun səbəbini açıqlayıb. Müğənni klipi üçün süni intellektə müraciət edib. O, fotoların da sözügedən ekran işinin anonsu olduğunu vurğulayıb. Belə ki, klip Rusiyada Elena İkonnikova (lenaiko) və komandası tərəfindən süni intelektlə ərsəyə gəlib. 

Bəstənin müəllifi Mirodur. Bu, Kazımovanın Miro ilə ikinci işbirliyidir. Estrada ulduzunuz bundan əvvəl oxuduğu “Bilmək olmaz” hitinin də müəllifi Miro olub. 

Избранный
24
8
olay.az

10Источники