RU

Türkiyədə hoteldə yanğınla bağlı həbs edilənlərin SAYI ARTDI - İki məmur da həbsxanaya göndərildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Bolu vilayətində "Kartalkaya" xizək kurortundakı "Grand Kartal" hotelində 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı araşdırma çərçivəsində saxlanılanlardan daha iki nəfər barəsində qərar çıxarılıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, yanğınla bağlı daha əvvəl saxlanılanlar arasında olan Bolu Regional Xüsusi İdarəsinin baş katibi Sırrı Köstereli və baş katibin müavini Bünyamin Bal barəsində də həbs qərarı çıxarılıb, onlar məhkəmədən sonra həbsxanaya göndəriliblər. Bununla da hadisə ilə bağlı həbs edilənlərin sayı 21-ə çatıb.
Xatırladaq ki, yanvarın 21-nə keçən gecə hoteldə baş verən yanğında 78 nəfər həyatını itirib və onlardan 36-sı uşaq olub. Hadisə ilə bağlı saxlanılan 30 nəfərdən daha əvvəl 19-u həbs edilib ki, onların sırasında hotel sahibi Halit Ergül, baş direktoru Emir Aras, yanğınsöndürmə məsələlərinə cavabdeh olan Bolu bələdiyyə sədrinin müavini Sedat Gülener və xilasetmə məsələləri üzrə müdir müavini Kənan Coşkun da var. Səkkiz şübhəli isə məhkəmə nəzarəti altında qalmaqla sərbəst buraxılıb, bir şübhəli prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb.
Избранный
17
4
oxu.az

2Источники