RU

Azərbaycandakı sənaye zonalarında bu il 10-a yaxın müəssisə fəaliyyətə başlayacaq

Bu il İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması gözlənilir.
 
Bunu Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
 
Onun sözlərinə görə, bu müəssisələr innovativ inşaat materialları, tütün məmulatları, yük avtomobilləri və s. məhsullar istehsal edəcək: "Onların hesabına 1 000-ə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır".
 
S. Adıgözəlov qeyd edib ki, ölkə Prezidentinin 12 iyun 2024-cü il tarixli Fərmanı ilə Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradılıb: "Əsas məqsəd sahibkarların bu zonaya marağının yüksək olmasıdır. Daha əvvəl Sənaye Məhəlləsinin iştirakçısı kimi qeydiyyatdan keçmiş sahibkarların Parkın iştirakçısı kimi qeydiyyata alınması tamamlanıb. Artıq 8 sahibkar rezident, 2 sahibkar isə qeyri-reizdent kimi qeydiyyatdan keçib".
Избранный
10
2
moderator.az

3Источники