RU

Paşinyan Cənubi Qafqazda sülhü dini tolerantlığa bağladı: Bəs nəyi unutdu?

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, dini tolerantlıq Cənubi Qafqaz regionunun sabitliyi üçün vacibdir.

Publika.az xəbər verir ki, Paşinyan bu barədə Vaşinqtonda keçirilən 5-ci Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində deyib.

"Xoşbəxtlikdən, siyasi və etnik fərqlərə baxmayaraq, regionumuzda dini tolerantlıq və hörmətlə bağlı yaxşı ənənə var və bu, Cənubi Qafqazda davamlı sülh və sabitliyi daha real edir. Biz regional mübahisələrimizi regional dialoqa çevirəcəyimizə ümid edirik", - Paşinyan bildirib.

Paşinyan onu da əlavə edib ki, Ermənistanda din azadlığı demokratiyanın çox vacib hissəsidir və ölkədə təkcə Erməni Apostol Kilsəsi deyil, digər dini təşkilatlar və konfessiyalar da sərbəst fəaliyyət göstərir.

Избранный
12
1
publika.az

2Источники