RU

Tbilisinin eks meri azadlığa buraxıldı

Tbilisidə strateji əhəmiyyətli obyektin bloklanmasına cəhdə görə həbs edilmiş şəhərin sabiq meri, müxalif “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Gigi Uqulava azadlığa çıxıb.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, o, 5 min lari girov müqabilində həbsxanadan buraxılıb.

Xatırladaq ki, eks mer və daha 7 nəfər fevralın 2-də Tbilisinin Aqmaşenebeli prospektində keçirilmiş etiraz aksiyası zamanı saxlanılmışdı. Həmin şəxslərlə bağlı fevralın 4-də həbs qətimkan tədbiri seçilmişdi.


Müəllif: Cəmilə Babayeva
Избранный
6
teleqraf.com

1Источники