RU

Məhkəmə Trampın vətəndaşlıq qərarını blokladı

ABŞ-nin Merilend ştatının məhkəməsi ABŞ prezidenti Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını həmişəlik bloklayıb.

XəzərNews.az xəbərverir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, bu əmrin qüvvəsi bütün ölkəni əhatə edir və dəqiq müddəti yoxdur.

İkin qərar yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilənə qədər və ya iş üzrə qərar qəbul edilənədək qüvvədə qalır.

Merilend əyalətinin hakimi Debra Boardman Trampın sərəncamının ABŞ Konstitusiyasına 14-cü Düzəlişin dilini pozduğunu və Ali Məhkəmənin müəyyən etdiyi 125 illik məcburi presedentə zidd olduğunu bildirib.

O, həmçinin Ədliyyə Departamentindən Tramp administrasiyasının 14-cü düzəlişin şərhini dəstəkləyə biləcək halların siyahısını verməsini istəyib.

Qeyd edək ki, Merilend işi Trampın ABŞ vətəndaşlığı ilə bağlı sərəncamı ilə bağlı açılan 9 iddiadan biridir.

Aylin
XəzərNews.az




Xəbər 6 dəfə oxunub.
Избранный
6
xezernews.az

1Источники