Azərbaycanda fərdi sahibkarlara verilən kreditlər həcmi yüksələrkən, onların banklardakı depozitlərin həcmi düşüb.
Kommersant.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fiziki şəxs kimi sahibkar olan şəxslərə verilən kreditlərin həcmi 1 yanvar 2025-ci il tarixinə 3.693 milyon manata qədər artıb.
Bu da son bir ayda 2.4 faiz, son bir ildə isə 26 faiz artımdır. İlin əvvəlində bu qəqəm 2.929 mlrd. manat idi.
Fərdi sahibkarlıq subyektlərinə verilən kreditlərin də 3.634 mlrd. manatı milli, qalan 59 mln. manatı isə xarici valyutada verilən kreditlərdir. Fərdi sahibkarlığa verilən kreditlərin də 3.477 mlrd. manatı uzunmüddətli kreditlərdir.
Son 4 ildə isə bu rəqəm təqribən 4.5 dəfə böyüyüb. 2020-ci ilin sonunda fərdi sahibkarlara verilən kreditlərin həcmi 824 mln. manat idi.
Fərdi sahibkarların banklardakı vəsaitlərinin həcmi isə 363 milyon manat olmaqla keçən ilin əvvəlindən 0.8 faiz az olub.