Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub.Vüsal Cavanşir oğlu Qurbanov, Seydiyev Elrad Eldar oğlu, Mansurov Anar Eldar oğlu və Rəsulov Tərlan İzzət oğlu bu il fevralın 3-dən Mərkəzi Bankın baş direktorları təyin ediliblər.Qeyd edək ki, Vüsal Qurbanov buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb. Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Anar Mansurov Maliyyə idarəetməsi departamentinin, Tərlan Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin rəhbəri olub.Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 9-a çatıb.Qeyd edək ki, yeni vəzifəyə təyinat alanlardan Anar Mansurov bəstəkar, Xalq artisti Eldar Mansurovun oğlu, Vüsal Qurbanov isə TƏBİB sədri Vüqar Qurbanovun qardaşıdır.Qafqazinfo
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта