RU

ACE platformasında bu il5 hasilat quyusunun qazılması planlaşdırılıb

"Azəri-Çiraq-Günəşli" (AÇG) quraşdırılmış “Azəri Mərkəzi Şərqi” (ACE) platformasında bu il 5 hasilat quyusunun qazılması planlaşdırılıb.

Bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə quyular üzrə vitse-prezidenti Rassel Morris bildirib.

Onun sözlərinə görə, ötən il ACE platformasından 3 quyu qazılıb və hazırda 4-cü quyunun qazılması aparılır.

Rassel Morrisin sözlərinə görə, bu ilin axırına kimi 4 quyunun qazılıb bitirilməsi və 1 quyunun qazılmağa başlanılması planlaşdırılır.

Belə ki, bu il ACE-də qazılmasına start veriləcək axırıncı quyu sayca səkkizinci olacaq.

© APA

Избранный
34
2
marja.az

3Источники