RU

İran PUA daşıyan ilk hərbi gəmisini təqdim edib

İran pilotsuz uçuş aparatları daşıyan (PUA) ilk hərbi gəmisini təqdim edib. 

Missiya.Az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Qeyd olunub ki, “Şahid Baqeri” adlı gəmi yüksək sürətli hücum katerlərini dəstəkləyir, döyüş və dəstək vertolyotlarını daşıyır və idarə edir, okeanlar boyunca pilotsuz uçuş aparatları və helikopter missiyaları üçün mobil dəniz platforması kimi xidmət edir. Eyni zamanda gəmi uzaq sularda yanacaq doldurmadan bir ilədək uzunmüddətli missiyaları yerinə yetirə bilər.

Nurlana ƏhmədovaMissiya.Az

Избранный
10
3
missiya.az

5Источники