RU

Bizə şükür: Ruslar da övladlarına belə qeyri-adi adlar verirlər

Keçən il Moskvada valideynləri 1300-dən çox körpəyə qeyri-adi adlar veriblər.

Publika.az xəbər verir ki, bu barədə paytaxtın qeydiyyat idarəsinin mətbuat xidməti məlumat verib. Bildirilir ki, uşaqlara ikili, üçlü, hətta dördlü adlar verilir.

900-dən çox yeni doğulmuş uşağa mürəkkəb adlar verilib. Qızların sayı təxminən 400 olub. Onlara Aleksey-Nikolay, Yan-Roman, Eva-Qabriel, Taisiya-Antonina adları verilib.

Üçlü adlar arasında Avrora Mari Viktoriya var. 108 körpəyə belə adlar verilib. Üç oğlan və iki qıza dörd komponentdən ibarət ad qoyulub.

Qeydiyyat şöbəsi qeyd edib ki, valideynlər tez-tez Annadan mürəkkəb adlarda istifadə edirlər. Beləliklə, Anna-Mariya adı 9 qıza verilib.

Избранный
5
publika.az

1Источники