RU

Rəcəbov və Məmmədyarov 1/4 finalda

Şahmat üzrə Azərbaycan çempionatında ilk 1/4 finalçılar bəlli olub.

Tribunainfo.az xəbər verir ki, kişi şahmatçıların yarışında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Aydın Süleymanlı növbəti mərhələyə vəsiqə əldə edib.

Cavab oyunları
Kişilər

Fərid Abbasov – Şəhriyar Məmmədyarov – 0:1 (ümumi hesab 0:2)
Teymur Rəcəbov – Namiq Quliyev – 0,5:0,5 (1,5:0,5)
Vüqar Rəsulov – Rauf Məmmədov – 0:1 (0,5:1,5)
Aydın Süleymanlı – Riad Səmədov – 0,5:0,5 (1,5:0,5)
Məhəmməd Muradlı – Nicat Məmmədov – 0:1 (1:1)
Vasif Durarbəyli – Əhməd Əhmədzadə – 0,5:0,5 (1:1)
Vüqar Əsədli – Eltac Səfərli – 0,5:0,5 (1:1)
Misrətdin İsgəndərov – Nicat Abasov – 0,5:0,5 (1:1)

Qadınlar

Lalə Hüseynova – Günay Məmmədzadə – 1:0 (ümumi hesab 1:1)
Gövhər Beydullayeva – Səbinə Rzalı – 1:0 (2:0)
Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva – 0:1 (0:2)
Xanım Balacayeva – Ləman Hacıyeva – 1:0 (2:0)
Mələk İsmayıl – Gülnar Məmmədova – 0:1 (0:2)
Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova – 0,5:0,5 (0,5:1,5)
Nərmin Kazımova – Türkan Məmmədyarova – 0:1 (1:1)
Nərmin Abdinova – Səbinə İbrahimova – 0:1 (0,5:1,5)

Beləliklə, bu gün Azərbaycan çempionatında növbəti tay-brek günü olacaq. Kişilərin yarışında Misrətdin İskəndərov-Nicat Abasov, Vasif Durarbəyli -Əhməd Əhmədzadə, Vüqar Əsədli-Eltac Səfərli və Məhəmməd Muradlı-Nicat Məmmədov arasında həlledici partiyalar oynanılacaq. Qadınların çempionatında isə Lalə Hüseynova-Günay Məmmədzadə və Nərmin Kazımova-Türkan Məmmədyarova mübarizəni davam etdirmək uğrunda yarışacaq.

Qeyd edək ki, 1/8 finalın ikinci oyun günündə rəmzi ilk gedişi əməkdar artist, “Bakılı Oğlanlar” ŞHK-nın üzvü, naşir Bəhram Bağırzadə edib.

Избранный
26
14
tribunainfo.az

10Источники