RU

Danimarka Rusiyanın “kölgə donanması”nın tankerlərini YOXLAYACAQ

Danimarka Rusiyanın “kölgə donanması”nın tankerlərini yoxlayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

İlk vurulacaqlar, ehtimal ki, texniki və ekoloji standartlara uyğun gəlməyən və Rusiyanın kölgə donanmasının əsasını təşkil edən köhnə tankerlərdir.

Danimarka Dəniz İdarəsi “üzmək üçün təhlükəsiz sayıla bilməyən” və Skagen yaxınlığında dayanmış gəmiləri yoxlamağa başlayacaq.

Kiyev İqtisadiyyat Məktəbi hesab edir ki, Rusiyanın kölgə donanmasının sayı 650-dən çox gəmidir və o, 2024-cü ildə təkcə neftin qeyri-qanuni daşınması ilə deyil, həm də Baltik dənizində infrastrukturun zədələnməsi insidentləri ilə diqqət mərkəzinə düşüb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
4
interpress.az

1Источники