RU

Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi

Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi. Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədov xidməti pasportunu itirib.

AzPost Teleqraf.com-a istinadla xəbər verir ki, sənədi ona Azərbaycan Xarici İşlər Nazirliyi verib.

Xidməti pasportun hansı şəraitdə itdiyi məlum olmasa da, onun etibarsız sayılması barədə elan verilib.

Qeyd edək ki, Razim İsa oğlu Məmmədov 1966-cı ildə anadan olub. 2006-2018-ci illərdə Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Qərbi Azərbaycanda, Sisiyan rayonunun Ağudi kəndində anadan olub.

İlk əmək fəaliyyətinə 1983-cü ildə “Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984–1986-cı illərdə hərbi xidmətdə olub.

1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1999-cu ildə yaradılmış “Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.

Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.[1]

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Избранный
51
21
azpost.info

10Источники