RU

İstefada olan generalın 20 milyona yaxın pulu oğurlandı - Rusiyada

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının 85 yaşlı istefada olan general-leytenantı German Qridnev telefon fırıldaqçılarına təxminən 19,5 milyon rubl verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

İlk dəfə naməlum fırıldaqçılar telekommunikasiya operatoru işçiləri adı altında Qridnevə zəng edərək telefonu yenidən qeydiyyatdan keçirmək üçün ondan məlumat istəyiblər.
“İkinci zəng guya xüsusi xidmət orqanlarından olub.Onlar adamı inandırıblar ki, hesabından pulun bir hissəsi oğurlanıb və Ukrayna Silahlı Qüvvələrinə verilib.
Alibi əldə etmək üçün Qridnevdən əlində olan pulun qalan hissəsini xüsusi şəxsə təhvil verməsi tələb olunub.
Nəticədə 85 yaşlı kişi 19,5 milyon rubla yaxın pul yığaraq kuryerə təhvil verib”, - agentliyin mənbəsi bildirib.

Bir müddət sonra dələduzluğun qurbanına çevrildiyini anlayan şəxs polisə müraciət edib. Faktla bağlı cinayət işi açılıb.

1990-cı illərdə Qridnev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında işləyib.

Избранный
25
ucnoqta.az

1Источники