RU

Ruslar Burak Özçivitdən əl çəkmir

Türkiyəli aktyor Burak Özçivit 10 fevral 2025-ci ildə Dövlət Kreml Sarayında keçiriləcək “Türk seriallarının musiqisi” konsertinin xüsusi qonağı olacaq.

OLAY yazır ki, tədbirdə “Muhteşem Yüzyıl” serialının ulduzunun rol aldığı seriallardan musiqilər, eləcə də “Sen çal kapımı”, “Yalı çapkını”, “Yargı” və “Hercai” kimi məşhur serialların melodiyaları səslənəcək. Tədbirin aparıcısı İvan Çuykov olacaq.  

Burak Özçivit sonuncu dəfə 2024-cü ilin payızında Rusiyaya səfər edib. O, Soçi və Sankt-Peterburq şəhərlərində olub. Aktyor həmin ilin fevralında da Moskvaya səfər etmişdi.  

12 oktyabrda Özçivit bildirib ki, ailəsi ilə birlikdə turist kimi Rusiyaya gəlmək istəyir. O, arzusunun Moskva və ya Sankt-Peterburqda həyat yoldaşı və övladları ilə bir neçə gün gəzmək olduğunu deyib.  

Избранный
9
olay.az

1Источники