Hüquqları "Arsenal" klubuna məxsus olan yarımmüdafiəçi Jorginyo karyerasını Braziliya çempionatında davam etdirməyə yaxındır.
90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu "Flamenqo" ilə müqavilə imzalayacaq. Tərəflər danışıqlar aparıb və 2025-ci ilin yayında transferlə bağlı ilkin razılığa gəliblər.
Jorginyo bu mövsüm İngiltərə Premyer Liqasında on matçda iştirak edib. Yarımmüdafiəçi qol vura bilməyib və üç sarı vərəqə alıb. “Arsenal” hazırda turnir cədvəlində ikinci yerdədir.