RU

Jorginyo "Arsenal"ı tərk edir

"Arsenal"ın futbolçusu Jorginyo karyerasını Braziliya çempionatında davam etdirməyə yaxındır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.

Məlumata görə, 33 yaşlı futbolçu "Flamenqo" ilə müqavilə imzalayacaq.

Tərəflər danışıqlar aparıb və 2025-ci ilin yayında transferlə bağlı ilkin razılığa gəliblər.

Jorginyo bu mövsüm İngiltərə Premyer Liqasında 10 matçda iştirak edib.

Yarımmüdafiəçi qol vura bilməyib və üç sarı vərəqə alıb.

Избранный
5
1
operativmm.az

2Источники