21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2025-2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Msport.az xəbər verir ki, tədbir qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutub.
Püşk zamanı Azərbaycan millisinin rəqibləri də bilinib. Komandamız B qrupuna düşüb. U-21 millimiz bu qrupda Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq ilə qarşılaşacaq.
Qeyd edək ki, seçmə mərhələyə martda start veriləcək və 2026-cı ilin oktyabrına qədər davam edəcək.