“Cənubi Afrika Respublikası özəl mülkiyyəti müsadirə edir. Həmrəylik, bərabərlik və davamlı inkişafın təşviqi üçün G20-dən istifadə edir. Başqa sözlə, müxtəliflik (transgenderlik), bərabərlik və iqlim dəyişikliyini dəstəkləyir. Mən vergi ödəyicilərinin pullarını israf etməli və ya antiamerikanizmə dəstək verməli deyiləm,Amerikanın milli maraqlarını yeritməliyəm”,- Marko Rubio vurğulayıb.
USAID-in ən gülünc xərclərinin siyahısı açıqlanıb |
“İnsan hüquqlarının kütləvi şəkildə pozulması ən azı göz qabağındadır. ABŞ buna dözməyəcək, biz hərəkətə keçəcəyik!”,- ABŞ prezidenti vurğulayıb.
O, bu vəziyyətlə bağlı tam araşdırma tamamlanana qədər Cənubi Afrika Respublikasına hər hansı əlavə maliyyə dəstəyi ayrılmasını dayandıracağını vəd edib.
ABŞ-nin yeni administrasiyasının CAR-a qarşı irəli sürdüyü ittihamlara əslində bu və ya digər şəkildə USAİD-in fəaliyyəti ilə bağlı araşdırmalar kontekstində baxılmalıdır. Bu qurumun işini çox haqlı olaraq sərt şəkildə tənqid edən Ağ Ev administrasiyası onun fəaliyyətinin dayandırılması barədə qərar verib.
Sahil İsgəndərov
AzVision.az