ABŞ dövlət katibi Marko Rubio Yohannesburqda keçiriləcək G20 sammitində iştirak etməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə o, özünün “X” sosial hesabında məlumat verib:
“Mən Yohannesburqda keçiriləcək G20 sammitində iştirak etməyəcəm”.
Rubio hesab edir ki, Cənubi Afrika özəl mülkiyyəti müsadirə edir və G20-dən həmrəylik, bərabərlik və davamlılığı təşviq etmək üçün yararlanır.
Dövlət katibi qeyd edib ki, onun işi ABŞ-ın milli maraqlarını təmin etməkdir. Əksinə vergi ödəyicilərinin pullarını israf etmək və ya “anti- Amerika” siyasətini tətikləmək deyil.
Vəli Həsənoğlu,
KONKRET.az