RU

"Neftçi" bu legionerin transferindən İMTİNA ETDİ – SON DƏQİQƏ

"Neftçi" Nemanya Qlavçiçin xidmətindən imtina edib.

Bu barədə paytaxt klubundan redaksiyamıza məlumat daxil olub.

Bildirilib ki, "Partizan"ının sabiq yarımmüdafiəçisi onlara təklif edilən legionerlərin siyahısında yer alıb. Fəqət, Samir Abasov 28 yaşlı serbiyalının xidmətinə maraq göstərməyib.

O, sonuncu dəfə Yunanıstanda "Volos"un formasını geyinib.

Həmçinin ölkəsində "Teleoptik", "Spartak" və "Slaven Belupo"nun və Rusiyada "Ximki"nin uğurları üçün tər töküb.

Serbiyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında çıxış edib.

SPORTİNFO.AZ

Избранный
16
sportinfo.az

1Источники