"Formula-1"in əfsanəvi pilotu Mixael Şumaxerin dəbilqəsi hərracda satılıb.
Avtosfer.az xəbər verir ki, qoruyucu əşya 36 min avroya öz sahibini tapıb.
Şumaxer həmin dəbilqədən 1992-ci il mövsümündə "Benetton" komandasının heyətində çıxış edərkən Belçika Qran-prisində istifadə edib.
Qeyd edək ki, Mixael Şumaxer Spa-Frankorşam trasında keçirilən yarışın qalibi olub və bu qələbə almaniyalı əfsanənin pilot karyerasında qazandığı 91 zəfərin ilki olub.(oxu.az)