RU

Rusiyanın törətdiyi Qroznı qətliamından 25 il ötür

Yazını böyüt
Yazını kiçilt

Məhz 25 il öncəki bu gün Kreml müstəqilliyini elan etmiş Çeçenistanı susdurmaq məqsədilə bu muxtar respublikada qanlı qətliam törədib. Çeçenistanın paytaxtı Qroznının mühasirəsinin son günlərində Rusiya qüvvələri şəhərin Novye Aldi məhəlləsində mülki sakinlərə qarşı hərbi cinayət edib.

Hafta.az-ın yazdığına görə, 2000-ci il fevralın 5-də Rusiya ordusu Çeçenistanın paytaxtı Qroznı şəhərinin mühasirəsinin son mərhələsinə çatmışdı.

Aylardır havadan və qurudan ağır bombardmanlara məruz qalan, az qala xəritədən silinən şəhərə girməyə başlayan Rusiya ordusu Qroznının cənubundakı Novıe Aldı məhəlləsində dəhşətli qətliam törədib.

Çeçen qüvvələrinin heç bir hərbi iştirakının və hər hansı qarşıdurmaların olmadığı məhəllə Rusiyanın xüsusi hərbiləşdirilmiş polis bölməsi olan OMON qüvvələri tərəfindən hücuma məruz qalıb.

Rus qoşunları ağır silahlar və tanklarla tamamilə müdafiəsiz məhəlləyə daxil olaraq 1-82 yaş arası ən azı 80-dək dinc sakini qətlə yetiriblər. Dinc əhalinin əksəriyyəti küçələrdə güllələnərək edam edilib. Bəziləri hamilə olan bir çox çeçen qadın zorlanaraq öldürülüb. Bəzi cəsədlərin hətta yandırıldığına dair məlumatlar yayılıb.

Hücum bununla da bitməyib, Rusiya qüvvələri çeçenlərin evlərini qarət edib, qiymətli əşyaları götürüb.

Aradan illər keçməsinə baxmayaraq, qətliamı törədənlər tapmağa səy göstərilməyib və heç bir Rusiya rəsmisi Novıe Aldi qətliamına görə məsuliyyət daşımayıb.

Избранный
11
hafta.az

1Источники