RU

Sərxoş vəziyyətdə avtomobil idarə edən Memfis Depay cəzalandırılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Barselona" klubunun keçmiş futbolçusu, hazırda Braziliyanın "Korintians" klubunda çıxış edən niderlandlı Memfis Depay sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın "RMC Sport" nəşri məlumat yayıb.
Belə ki, 30 yaşlı hücumçu sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, şərti qaydada cəza alıb və 9 min avro cərimə olunub.
Xatırladaq ki, 30 yaşlı futbolçu 2024-cü il avqustun 6-da Monakoda sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanılıb. Yoxlanış zamanı onun avtomobili içkili halda idarə etdiyi aşkarlanıb.
Избранный
21
3
oxu.az

4Источники