RU

Biləsuvarda 2 avtomobil toqquşdu - 5 yaralı var - Foto

Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralından rayonun Əsgərabad kəndinə giriş hissəsində qeydə alınıb.

Belə ki, “Vaz 2115” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 5 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov


Избранный
7
7
qafqazinfo.az

10Источники