RU

Sabiq "Qalatasaray"lı yenidən Türkiyədə - RƏSMİ

Qabonlu yarımmüdafiəçi Mario Lemina karyerasını Türkiyədə davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçu "Vulverhempton"dan "Qalatasaray"a keçib. 

İstanbul nəhəngi transferinin təfərrüatları hələ açıqlanmayıb. 

Lemina bu mövsüm "qurdlar"ın heyətində bütün yarışlarda 19 oyun keçirib. O, bu matçlarda 1 qol vurub, 3 məhsuldar ötürmə etməyi bacarıb. 

2023-cü ildən "Vulverhempton"da çıxış edən Mario karyerası ərzində "Loryen", "Olimpik Marsel", "Yuventus", "Sauthempton" və "Nitsa"da çıxış edib. O, əvvəllər “Qalatasaray”da da çıxış edib, lakin 2019-2020-ci illərdə “Sauthempton”dan icarəyə götürülüb. 

“Qalatasaray” son iki mövsümdə Türkiyə çempionu olub.

Избранный
8
fanat.az

1Источники