RU

Elmi cəhətdən sübut edilmişdir: Omeqa-3 qocalmanı ləngidirmi?

Alimlər müntəzəm olaraq Omeqa-3 əlavələrinin qəbulunun bioloji qocalma prosesini ləngidə biləcəyinə dair sübutlar tapıblar.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu araşdırma Omeqa-3-ün qocalmaya potensial təsirlərini müəyyən edib.

Harvard Universiteti və Sürix Universitetinin tədqiqatçılarının da daxil olduğu beynəlxalq elmi qrup, üç illik araşdırmada 777 yaşlı isveçrəlinin klinik sınaqlarının nəticələrini təhlil edib.

Araşdırma nəticəsində məlum olub ki, gündə bir qram Omeqa-3 vitamini qəbul edən insanlarda bioloji qocalma, qəbul etməyənlərlə müqayisədə 4 aya qədər azalıb.

Alimlər D vitamini əlavələri qəbul edən və həftədə ən az 3 dəfə 30 dəqiqə idman edən insanların daha çox fayda əldə etdiyini bildiriblər.

Digər tərəfdən, tədqiqatçılar Omega-3 ehtiva edən pəhrizlərin iltihabın azalması, daha yaxşı oynaq sağlamlığı və ürək xəstəliyi, xərçəng və demans riskinin aşağı olması ilə əlaqəli olduğuna diqqət çəkdilər.

 

Избранный
43
medianews.az

1Источники