“Qarabağ”ın sabiq hücumçusu Ovusu Kvabenanın Azərbaycana qayıdışı reallaşa bilərmiş.
Belə ki, Kadi Borgesdən öncə qanalı hücumçuya Misli Premyer Liqasından təkliflər gəlib.
Apasport.az saytına verilən məlumata görə, Ovusunun “Qarabağ”a qayıdışı gündəmdə olmayıb.
Onun xidmətində iddialı klublarımız maraqlı olub. Lakin futbolçunun maliyyə şərtlərinin çox yüksək olduğu üçün Ovusunun Azərbaycana qayıdışı baş tutmayıb.
Belə ki, klublarımız 27 yaşlı futbolçunun hətta icarə müqaviləsi üçün yüksək məbləğ ödəmək istəməyiblər. Kvabena da “Ankarügücü”nə yollanıb.
Qeyd edək ki, müqavilə ilə “Ferentsvaroş”a məxsus olan Ovusu 2020-23-cü illərdə “Qarabağ”da çıxış edib.
Juninyo "Flamenqo"da siftə edib - İLK QOLUNUN VİDEOSU
"Zirə"dən 8:0-lıq darmadağın
Avropa çempionatı: Millimizin oyunlarının təqvimi açıqlanıb
"Qəbələ"dən ayrıldı, karyerasını bitirdi
Azərbaycan Kuboku: "Qarabağ" 1/4 finalda ilk oyununa çıxacaq - YENİLƏNİB