Azərbaycanın nadir müsiqi nümunələrindən biri olan “Cücələrim” mahnısı Çində Yeni ili münasibəti ilə təşkil olunan gala-konsertində çinli uşaqlar tərəfindən ifa edilib. Moderator.az xəbər verir ki, çinli uşaqların şirin ifası izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Sosial şəbəkələrdə yayılan video qısa müddətdə milyonlarla baxış toplayaraq geniş marağa səbəb olub.
Bu, "Cücələrim" mahnısının illər keçsə də, beynəlxalq populyarlığını qoruduğunu bir daha sübut edir.
Musiqinin sərhədsiz olduğunu bir daha sübut edən “Cücələrim” mahnısı artıq körpə laylasına çevrilib.
Qeyd edək ki, mahnının sözləri şair Tofiq Mütəllimova, musiqisi isə Qənbər Hüseynliyə məxsusdur.
//t.me/moderatoraz/29424