RU

“Fənərbağça” kubok oyununda zədələnən 3 futbolçunun durumunu açıqlayıb

Bakı, 5 fevral, AZƏRTAC

"Fənərbağça" komandası ötən gün Türkiyə Kubokunun qrup mərhələsində "Ərzurumspor"la keçirilmiş II tur oyununda zədələnən futbolçularının son durumunu açıqlayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçilər Dieqo Karlos 1-1,5 ay, Aleksandr Ciku 2 həftə, Yusuf Akçicek isə 10 gün yaşıl meydanlardan uzaq qalacaqlar.

Qeyd edək ki, "Fənərbağça" - "Ərzurumspor" qarşılaşması meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Избранный
18
1
azertag.az

2Источники