RU

Dilqəm Məhərrəmovun lisenziya və karyerası bitdi - Foto

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv etdiyi barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, mətbuatda xalq artisti Aygün Kazımovanın plastik cərrahı kimi tanınan məşhur plastik rekonstruktiv cərrah Dilqəm Məhərrəmovun da yeni sertifikat almayacağı barədə məlumat yayılıb.

“Baku Medical Plaza” isə verdiyi açıqlamada Dilqəm Məhərrəmov haqda yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini və cərrahın işnin başında olduğunu bildirib. Bu isə sosial şəbəkədə müzakirələrə səbəb olub.

Saytımıza daxil olan sənəddən görünür ki, Dilqəm Məhərrəmovun şəhadətnaməsinin vaxtı 2 martda başa çatır. Yəni Səhiyyə Nazirliyi ona 2020-ci il 2 martında 5 illik lisenziya verib.

Amma cərrah şəhadətnaməsinin yenilənməsi üçün Səhiyyə Nazirliyinə müraciət etməyib. Yenilənmə ilə bağlı son müraciətin tarixi isə 31 yanvarda başa çatıb.

“Komissiya tərəfindən ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) Səhiyyə Nazirliyinə şəxsən 2025-ci il 31 yanvar tarixinədək təqdim edilməsi müəyyənləşib. Bu barədə müxtəlif media vasitəsilə bir neçə dəfə elanlar verilib.

Göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir”, - Səhiyyə Nazirliyinin rəsmi məlumatında bildirilir.

Səhiyyə Nazirliyinin bu açıqlaması təsdiqləyir ki, yenidən sənədlərini təqdim etmədiyi üçün Dilqəm Məhərrəmovun da lisenziyası ləğv edilmiş sayılır.

Xatırladaq ki, jurnalist Qənirə Ataşovanın media və sosial şəbəkələrdə saxta lisenziyalı və ümumiyyətlə lisenziyası olmayan həkim-cərrahlarla bağlı yaydığı məlumatların mənbəyinin Dilqəm Məhərrəmov olduğu haqda iddialar var.

Избранный
19
2
axar.az

3Источники