RU

Ulduz cüdoçular Bakıya gəlir

Dünyanın daha bir neçə tanınmış cüdoçusu Bakıdakı "Böyük Dəbilqə"də mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışda qadın idmançılardan isveçli olimpiya, dünya mükafatçısı Tara Babulfat (48 kq), kosovolu olimpiya çempionu, dünya mükafatçısı Distria Krasniqi (52 kq), niderlandlı dünya çempionu Coan Van Lisxaut (63 kq) tatami üzərinə çıxacaqlar.

Kişilərdən tacikistanlı dünya, olimpiya mükafatçısı Somon Maxmadbekov (81 kq) ilə rusiyalı dünya, olimpiya mükafatçısı Tamerlan Başayev (+100 kq) də medal qazanmağa çalışacaqlar.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 14-16-sı aralığında keçiriləcək. Daha əvvəl Yaponiyanın olimpiya və dünya çempionu olmuş cüdoçularının turnirdə iştirak edəcəyi açıqlanıb.

Hidayət Heydərov “İlin kişi cüdoçusu” seçilib

"Böyük Dəbilqə": Rəcəbov və Bağırov növbəti mərhələdə, Kokauri mübarizəni dayandırıb

Kokauri mübarizəyə başlayır

Ölkə birinciliyində ilk günün qalibləri - Siyahı

“Böyük Dəbilqə”nin ilk günündə cüdoçularımızdan 2 medal

Избранный
1
apasport.az

1Источники