RU

Azərbaycan millisinin üzvünün Belçika klubuna keçidi baş tutmadı - səbəbi bəlli oldu

Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyev Belçikaya yollanmağa çox yaxın olub.

Sportal.az saytına verilən məlumata görə, "Eqnatiya" Əliyevə görə Belçikanın "Eupen" klubundan rəsmi təklif alıb.

Tərəflər arasında razılıq əldə edilib. Millimizin üzvü bu kluba keçməyə yaxın olsa da, sonda sənəd məsələlərinə görə keçid baş tutmayıb.

Belə ki, məhz viza məsələsi Əliyevin Belçikaya gedişinin qarşısını alıb və ən azından yaya qədər bu transferi təxirə salıb.

"Transfer pəncərəsi"də bağlandığından keçid reallaşmayıb. 23 yaşlı futbolçu 2024-cü il iyulun 1-də “Eqnatiya”ya keçib və onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

 

saytlarin hazirlanmasi

Избранный
4
sportal.az

1Источники