RU

Qubada saxlanılan 2 nəfərdən 8 kiloqram narkotik aşkarlandı

Image

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Əmrah Əmrahov və Bəxtiyar Bağırov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, onlardan ümumilikdə 8 kiloqramdan artıq marixuana və heroin aşkarlanıb.

Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, Qubada polis əməkdaşlarının son bir ay ərzində həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 12 nəfər saxlanılıb.

ZÜMRÜD





Избранный
17
12
baki-xeber.com

10Источники