RU

İspaniya XİN başçısı İsrailin fələstinlilərin Qəzzadan köçürülməsi planını rədd edib

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares İsrailin müdafiə naziri İsrael Katzın fələstinlilərin Qəzzadan digər ölkələrə, həmçinin, İspaniyaya köçürülməsi ilə bağlı planını rədd edib.Missiya.Az xəbər verir ki, nazir bunu RNE radiostansiyasına müsahibəsində deyib.

"İspaniya öz suveren qərarlarını qəbul edir və heç bir üçüncü tərəf ona nə etməli olduğunu deməməlidir. Bizim Ukrayna və Fələstinlə bağlı eyni mövqeyi əks etdirən ardıcıl xarici siyasətimiz var. Bizim mövqeyimiz çox aydındır. Heç kim fələstinlilərin və xüsusilə Qəzza sakinlərinin hara getməli olduğu barədə müzakirələrə qoşulmamalıdır, çünki "Qəzza fələstinlilərinin torpağı, İspaniyanın və planetin əksər ölkələrinin istədiyi kimi gələcək Fələstin dövlətinin bir hissəsi olmalı olan Qəzzadır", - X.M.Albares vurğulayıb.

Onun sözlərinə görə, İspaniyanın Fələstin xalqı ilə həmrəyliyi səbəbindən krallıq bəzən fələstinliləri, məsələn, xəstə uşaqları və ya qaçqınları qəbul edir, lakin "fələstinlilərin yeri Fələstin, Qəzza sakinlərinin yeri isə Qəzzadır".

Daha əvvəl İ.Katz orduya Qəzza sakinlərinin anklavı könüllü tərk edərək dünyanın istənilən nöqtəsinə getməsinə imkan verən plan hazırlamağı tapşırıb. Nazirin fikrincə, "Qəzza sektorunda fəaliyyətinə görə İsrailə qarşı yalan ittihamlar irəli sürən" ölkələr hər bir fələstinlini qəbul etməyə borcludur. Söhbət İspaniya, İrlandiya və Norveçdən gedir.

Zərintac MayisqızıMissiya.Az

Избранный
84
36
missiya.az

10Источники