Hüquqları Belqradın "Srvena Zvezda" klubuna məxsus olan yarımmüdafiəçi Andriya Maksimoviç karyerasını İspaniya çempionatında davam etdirə bilər.
90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, "Atletiko Madrid" "serb Messi"ni transfer etməkdə maraqlıdır. Maksimoviçin Serbiya klubu ilə əmək müqaviləsi 2027-ci ilə qədərdir.
Potensial müqavilənin dəyəri 12-20 milyon avro arasında ola bilər.
Serbiya çempionatının cari mövsümündə yarımmüdafiəçi 13 matçda iştirak edib. Maksimoviç iki qol vurub və iki məhsuldar ötürmə edib.